
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.
Primeinfo.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist, “Time Medya Haber”in rəhbəri Ali Kan bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.
“Türkiyə-Azərbaycan qardaşlığı tam da budur. Birinin sevinci digərinin sevinci, birinin zəfəri digərinin qürurudur. Nə edirsiniz edin, bizim qardaşlığımızı poza bilməyəcəksiniz”, – deyə Ali Kan qeyd edib.