Xəbər axtarın

Son axtarış nəticələri:

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

05.11.2026 12:14

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.

Primeinfo.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına hospitalizasiya olunub:

“Arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları təyin edilən şəxsdə aparılan müayinələr zamanı pnevmoniya əlamətləri də aşkarlanıb. Pasiyentin müalicəsi xəstəxananın Terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir”.

Qeyd edək ki, Səmayə Həşimovanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatı Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova verib.

Paylaş: