Xəbər axtarın

Son axtarış nəticələri:

Xamneyidən ABŞ-yə TƏHDİD: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:13

Xamneyidən ABŞ-yə TƏHDİD: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

ABŞ-ın hücumu təkrarlanacağı təqdirdə, İranın cavabı daha geniş ölçüdə olacaq.

Primeinfo.az xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamneyi “Qlobal imperializmlə milli mübarizə günü” ilə bağlı bəyanatında xəbərdarlıq edib.

Onun sözlərinə görə, İranın Hörmüz boğazında idarəçiliyi ələ alması və region ölkələrində ABŞ hərbi bazalarının məhv edilməsi fevral ayında başlayan müharibəyə cavab olub.

Xamneyi ABŞ-da keçirilən aralıq seçkilərinə də münasibət bildirib. İranın Ali Rəhbəri vurğulayıb ki, ABŞ-da siyasi partiyaların yerdəyişməsi və Vaşinqtonun təzyiqləri qarşısında güzəştə getməyin “ABŞ-ın İrana qarşı düşmənçiliyini” azaldacağını düşünənlər yanılır.

Xamneyi ən cüzi təslimçiliyə meyilliliyin nümayiş etdirilməsinin ABŞ-ın daha çox irəli getməsinə və “həddi aşması”na gətirib çıxaracağını bəyan edib.

İranın Ali Rəhbəri “ABŞ-ın çöküşünün sürətləndiyini” də əlavə edib.

Paylaş: