Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin İşlər İdarəsinin keçmiş rəisi polkovnik Elnur Süleymanov, Emin Əliyev, Məsud İbrahimov və Pərviz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Primeinfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah edilib. Məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edib.
Özünü təhsil eksperti kimi tanıdaraq vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Əşrəf Əşrəflinin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən Əşrəf Əşrəflinin 8 il 6 ay il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq.
Ölkə xaricində qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Fuad Rəfibəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Fuad Rəfibəyli 4 il müddətinə azadlıqdan məhrum edilib.
Dələduzluqda ittiham olunan Azərbaycanın Sankt-Peterburuqdakı keçmiş Baş konsulu Sultan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Primeinfo.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə Sultan Qasımovun ittiham aktını almadığı məlum olub. Proses sentyabrın 22-nə təxirə salınıb.
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldatmaqda ittiham olunur. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir. Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abbasov Tural Bəhəddin oğlunun qanunsuz əməllərinə dair cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
“QHT işi” üzrə ittiham olunan Əhməd Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Əhməd Məmmədzadə barəsində 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin rəisi Şahin Kiçibəyov qulluq mövqeyindən istifadə etməklə dələduzluqda ittiham olunur. Primeinfo.az xəbər verir ki, onunla bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahin Kiçibəyov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
“Progress-2016” MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. Primeinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə verilən ittiham zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiqini tapıb.
Keçmiş hərbi qulluqçular Tural Nuriyev və Əsəd Əliyev hərbi qulluqçuların müayinə nəticələrinə müdaxilə etmək adı ilə pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, 4 nəfərə qarşı dələduzluqda ittiham olunan həmin şəxslərlə bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.