Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsaslı dəyişikliklər ediləcək

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsaslı dəyişikliklər ediləcək

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsaslı dəyişikliklər ediləcək. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdiqlı “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi” mövzusunda media təlimdə deyib. “1995-ci ildə qəbul olunmuş qanuna indiyədək bir sıra dəyişikliklər edilib.

10 ayda istehlakçılara 315 min manat vəsait qaytarılıb

10 ayda istehlakçılara 315 min manat vəsait qaytarılıb

Bu ilin 10 ayında Azərbaycanda istehlakçılara 315 min manat vəsait qaytarılıb. Primeinfo.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı Lənkəranda keçirilən “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi” adlı tədbirdə bildirib. O bildirib ki, təmin edilən istehlakçı müraciətlərinin sayı 2 399-dur: “Daxil olan müraciətlərin sayı 9 260 (8 766 yeni, 494 əvvəlki ildən qalan müraciət) olub.

MDB ölkələrinin antiinhisar qanunvericiliyinin pozulması üzrə birgə araşdırmalar qərargahının İCLASI - FOTO

MDB ölkələrinin antiinhisar qanunvericiliyinin pozulması üzrə birgə araşdırmalar qərargahının İCLASI - FOTO

Xankəndi şəhərində MDB-yə üzv dövlətlərin Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahının 47-ci iclası keçirilib. Primeinfo.az xəbər verir ki, iclas Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutub. İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də MDB İcraiyyə Komitəsi, Avrasiya İqtisadi Komissiyası, Regional Rabitə Birliyi və Antiinhisar Ekspertləri Assosiasiyasının təmsilçiləri iştirak ediblər.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Primeinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, 13B ünvanında baş verib. Rövşən Əmircanovun xanımı avtomobildən düşərkən yolun kənarındakı yağışqəbuledicinin açıq quyusuna düşüb.

Dövlət satınalmalarının vahid internet portalında süni intellekt əsaslı YENİ FUNKSİYA

Dövlət satınalmalarının vahid internet portalında süni intellekt əsaslı YENİ FUNKSİYA

Satınalma proseslərinin daha səmərəli təşkili məqsədilə Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) yeni rəqəmsal həll tətbiq olunub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Primeinfo.az-a bildirilib ki, portalda elan olunan satınalmalar üzrə şərtlər toplusunun süni intellekt texnologiyaları vasitəsilə avtomatik təhlili və yoxlanılması imkanı yaradılıb. Yeni həll ilkin mərhələdə şərtlər toplusundakı texniki xətaları, hüquqi uyğunsuzluqları və digər çatışmazlıqları müəyyən edərək preventiv tədbirlərin görülməsinə imkan yaradacaq.

Təbii inhisar subyektlərinin fəaliyyəti üzrə müraciətlərin STATİSTİKASI

Təbii inhisar subyektlərinin fəaliyyəti üzrə müraciətlərin STATİSTİKASI

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-iyul ayları ərzində təbii inhisar subyektlərinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə dair rəsmi statistika təqdim edilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisar sahəsində dövlət nəzarəti” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev məlumat verib. Bildirilib ki, hesabat dövründə quruma ümumilikdə 774 müraciət daxil olub.

Haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində görülən işlərin NƏTİCƏLƏRİ

Haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində görülən işlərin NƏTİCƏLƏRİ

Haqsız rəqabətin qarşısının alınması məqsədilə, hesabat dövründə ümumilikdə 37 araşdırma həyata keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisar sahəsində dövlət nəzarəti” mövzusunda keçirilən tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev məlumat verib. Bildirilib ki, araşdırmaların 25-i əmtəə nişanından qanunsuz istifadə yolu ilə haqsız rəqabətə yol verilməsi, 12-si isə digər haqsız rəqabət halları ilə bağlı olub.

Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 294,3 milyon qənaət edilib

Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 294,3 milyon qənaət edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi dövlət satınalmalarının rəqabətli və əlçatan mühitdə həyata keçirilməsi, satınalma proseslərində qanunvericiliyin tələblərinə əməl olunması və dövlət vəsaitlərindən səmərəli və məqsədyönlü istifadənin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir. Primeinfo.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev Şamaxıda keçirilən “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” təlimində çıxışı zamanı deyib. Bildirilib ki, Dövlət satınalmalarının səmərəli təşkili sahibkarların dövlət sifarişlərinə çıxış imkanlarının genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.