Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM)

NİİM-dən motosiklet və skuter sürənlərə XƏBƏRDARLIQ - VİDEO

NİİM-dən motosiklet və skuter sürənlərə XƏBƏRDARLIQ - VİDEO

İkitəkərli nəqliyyat vasitələrini idarə etmək heç kimə qaydaları pozmaq, başqalarının həyatını təhlükəyə atmaq və məsuliyyətdən yayınmaq hüququ vermir. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) motosiklet və skuter idarə edənlərə xəbərdarlığında bildirilib. Qeyd edilib ki, paytaxt yollarında, motosiklet və skuter idarə edən bəzi sürücülər elə düşünürlər ki, onlar qaydaları pozmaqla əməllərinə məsuliyyət daşımırlar.

Aeroport şosesində QƏZA: tıxac yaranıb - FOTO - VİDEO

Aeroport şosesində QƏZA: tıxac yaranıb - FOTO - VİDEO

Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Bakıda marşrut avtobusu belə aşdı - VİDEO

Bakıda marşrut avtobusu belə aşdı - VİDEO

Yağışlı havalarda yol hərəkəti qaydalarına əməl edilmədikdə qəzalar baş verir. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat yayıb. Bildirilib ki, görüntüdəki ilk qəza oktyabrın 4-ü paytaxtın Sabunçu rayonu, Aeroport şosesində, digəri isə Lökbatan qəsəbəsi ərazisində baş verib: “Müşahidələr də onu deməyə əsas verir ki, yağışlı havalarda baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbləri arasında sürət həddinin aşılması, asfalt örtüyünün sürüşkən olmasının nəzərə alınmaması, ara məsafəsinin gözlənilməməsi və manevretmə qaydalarının pozulması üstünlük təşkil edir”.

Bakıda bir neçə yolda sürət həddi endirilib

Bakıda bir neçə yolda sürət həddi endirilib

Bakıda hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilərək portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

NİİM-dən avtobus zolaqları ilə bağlı sürücülərə MÜRACİƏT - VİDEO

NİİM-dən avtobus zolaqları ilə bağlı sürücülərə MÜRACİƏT - VİDEO

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) avtobusların hərəkətinə mane olunması faktları ilə bağlı sürücülərə müraciət edib. Bu barədə Primeinfo.az-a NİİM-dən məlumat verilib. “Bir sürücünün zolağa daxil olaraq avtobusun hərəkətinə mane olması və qəza şəraiti yaratması həm avtobusda olan, həm də dayanacaqlarda gözləyən onlarla sərnişinin əlavə vaxt itirməsinə səbəb olur.

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirildi

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirildi

Binəqədi rayonu, Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Bildirilib ki, hərəkət iştirakçılarının intensivliyi və nəqliyyat axınının mövcud vəziyyəti nəzərə alınaraq Binəqədi rayonu, Dalğa küçəsindən Binəqədi şosesi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə işıqforların vaxt planında müvafiq dəyişiklik edilib.

NİİM-dən sürücülərə ÇAĞIRIŞ: avtobus zolaqlarına qəfil girməyin - VİDEO

NİİM-dən sürücülərə ÇAĞIRIŞ: avtobus zolaqlarına qəfil girməyin - VİDEO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ictimai nəqliyyatın fasiləsiz hərəkəti ilə bağlı sürücülərə müraciət edib. NİİM-dən Primeinfo.az-a verilən məlumata görə, müraciətdə deyilir: “Paytaxt yollarında bəzi minik avtomobillərinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması marşrut avtobuslarının yol-nəqliyyat hadisələrinin iştirakçısı olmasına səbəb olur. Müşahidə kameralarının qeydə aldığı belə qəzaların bir neçəsinin təhlili onu deməyə əsas verir ki, bəzi hallarda sürücülər içərisi sərnişinlə dolu olan avtobusların zolağına qəfil daxil olur, düzgün ara məsafəsi saxlamır və diqqətsizlik etməklə qəza törədirlər.

Bakıda maşın piyadaya yol verən avtomobilə çırpılıb - Yanğın baş verib - VİDEO

Bakıda maşın piyadaya yol verən avtomobilə çırpılıb - Yanğın baş verib - VİDEO

Bakıda yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Primeinfo.az-a verilən məlumata görə, hadisə ötən gün gecə saatlarında paytaxtın Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində nizamlanmayan piyada keçidində baş verib. Məlumata görə, piyada keçidində piyadaya yol vermək üçün dayanan avtomobilə arxadan başqa bir nəqliyyat vasitəsinin çırpılması nəticəsində avtomobildə yanğın baş verib.

Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Yollardakı vəziyyət: 1.

Təmir işləri ilə bağlı yolda MƏHDUDİYYƏT - NİİM

Təmir işləri ilə bağlı yolda MƏHDUDİYYƏT - NİİM

Paytaxtın Suraxanı rayonu, Elzar Yusubov küçəsində, “Qərib Ağa Məscid”nin yaxınlığında təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Primeinfo.az-a verilən məlumata görə, sürücülər Hövsan (MİDA) yolundan istifadə etməklə Zığ şosesi istiqamətində hərəkət edirlər. Nəticə etibarilə həm təmir, həm də bəzi sürücülərin yolun əks istiqamətinə çıxması səbəblərindən yolda nəqliyyat sıxlığı müşahidə edilir.