Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: “Azərbaycan Dəmir Yolları” QSC (ADY)

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Ağstafa–Bakı marşrutuna yüksək sərnişin tələbatının qarşılanması üçün noyabrın 14-dən 30-dək həftəsonlarında əlavə qatar reysləri həyata keçirəcək. Bu barədə Primeinfo.az-a ADY-dən bildirilib. Məlumata əsasən, qatar şənbə günləri Bakıdan, bazar günləri isə Ağstafadan yola düşəcək.

Bakıda SÖKÜNTÜ: Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakıda SÖKÜNTÜ: Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. Primeinfo.az Baku.ws-ə istinadən xəbər verir ki, artıq kompensasiya ödənilmiş evlərin böyük hissəsi sökülüb.

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin tələbatını qarşılamaq üçün 7-10 noyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO

Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO

Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə 1 noyabr 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçirəcək. Primeinfo.az xəbər verir ki,reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılır. Bu isə 50 faizə yaxın artım deməkdir.

Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir - ADY - FOTO

Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir - ADY - FOTO

Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti noyabrın 20-dən bərpa ediləcək. Primeinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib. Məlumata görə, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə noyabrın 21-dən etibarən hərəkət edəcək.

Yeni Suraxanı–Hövsan dəmiryol xətti bərpa ediləcək

Yeni Suraxanı–Hövsan dəmiryol xətti bərpa ediləcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Yeni Suraxanı–Hövsan dəmir yolu xəttinin bərpası nəzərdə tutulur, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ADY “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nda dəmiryol infrastrukturu üzrə nəzərdə tutulan işlərin icrasını davam etdirir: “Dövlət Proqramında Bakı ətrafı ərazilərdə dəmiryol nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar və Qaradağ–Güzdək dəmir yolu xətləri ilə yanaşı, Yeni Suraxanı–Hövsan xəttinin bərpası nəzərdə tutulur.

Xırdalan-Bakı qatarı niyə gecikib? - SƏBƏB

Xırdalan-Bakı qatarı niyə gecikib? - SƏBƏB

Sərnişinlər Xırdalan-Bakı istiqamətində hərəkətdə olan qatarların qrafikindən narazıdırlar. Primeinfo.az xəbər verir ki, bu barədə Oxu.az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət edən sərnişinlərin sözlərinə görə, bu gün səhər saatlarında sözügedən qatar 10 dəqiqə gecikib. Onlar qeyd ediblər ki, Biləcəri körpüsündə təmir işləri başlayandan qatarlar gecikmə ilə hərəkət edirlər: “Bu gün 07:56-da hərəkətə başlayan qatar tam 10 dəqiqə gecikmə ilə Bakıya çatıb.