Xəbər axtarın

Son axtarış nəticələri:

Peskov: "Lantratova və Dmitriyev Ağ Evdə Melaniya Trampla görüşəcəklər"

05.11.2026 16:24

Peskov: "Lantratova və Dmitriyev Ağ Evdə Melaniya Trampla görüşəcəklər"

Rusiyanın Ombudsmanı Yana Lantratova və Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev bu gün Ağ Evdə ABŞ-ın birinci xanımı Melaniya Trampla görüşdə iştirak edəcəklər.

Primeinfo.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Lantratova və Dmitriyevin ABŞ vizası aldıqlarını təsdiqləyib.

Qeyd edək ki, bu gün Ağ Evdə ABŞ-ın birinci xanımı Melaniya Tramp Ukrayna və Rusiya nümayəndələrini bir araya gətirəcək. Melaniya Tramp Aleşkidəki atəşkəs barədə bəyanat verəcək.

Paylaş: