Xəbər axtarın

Son axtarış nəticələri:

İtaliya XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

05.11.2026 15:40

İtaliya XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək.

Primeinfo.az xəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib.

Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək, həmçinin noyabrın 23-də Bakıda Azərbaycan-İtaliya biznes-forumunda iştirak edəcək.

“Forumda iştirak etmək üçün XİN rəhbərini energetika, infrastruktur və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkətinin nümayəndəsi müşayiət edəcək”, – mənbə qeyd edib.

Paylaş: