Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda binada yanğın: Sakinlər təxliyə olunublar - FOTO

04.11.2026 11:56

Bakıda binada yanğın: Sakinlər təxliyə olunublar - FOTO

Paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 16 mərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar.

Yanğın nəticəsində binanın şaxtasında elektrik naqilləri və zirzəmi hissəsində elektrik lövhəsi yanıb.

Bakıda binada yanğın: Sakinlər təxliyə olunublar - FOTO Bakıda binada yanğın: Sakinlər təxliyə olunublar - FOTO Bakıda binada yanğın: Sakinlər təxliyə olunublar - FOTO Bakıda binada yanğın: Sakinlər təxliyə olunublar - FOTO Bakıda binada yanğın: Sakinlər təxliyə olunublar - FOTO

Paylaş: