Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Milli Məclis

Avtomobildə telefondan istifadə və qanunsuz reklama görə cərimə TƏTBİQİ

Avtomobildə telefondan istifadə və qanunsuz reklama görə cərimə TƏTBİQİ

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. Primeinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Hazıra bəzi inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilir və bu zaman icraatın aparılması qaydası ənənəvi icraatın aparılmasından fərqli qaydada həyata keçirilir.

Xarici diplomatik heyət üzvlərinə qeydiyyat vəsiqəsi veriləcək

Xarici diplomatik heyət üzvlərinə qeydiyyat vəsiqəsi veriləcək

Milli Məclisin oktyabrın 27-də keçirilən iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Primeinfo.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda 15 gündən artıq müvəqqəti olan xarici diplomatik nümayəndəliklərin, konsulluqların və beynəlxalq təşkilatların əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvlərinə, eləcə də onlarla yaşayan ailə üzvlərinə qeydiyyat vəsiqəsi veriləcək. Layihəyə əsasən, həmin şəxslərin qeydiyyatı elektron sistem vasitəsilə aparılacaq, Azərbaycanda müvəqqəti olma müddətləri isə yeni viza verilməsi yolu ilə uzadılacaq.

Parlament 12 məsələnin müzakirəsi üçün toplaşacaq

Parlament 12 məsələnin müzakirəsi üçün toplaşacaq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında – oktyabrın 27-də 12 məsələ müzakirə ediləcək. Primeinfo.az xəbər verir ki,bunlar aşağıdakılardır: 1. Əmək Məcəlləsində və “Aviasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

Milli Məclisin növbəti iclasının TARİXİ

Milli Məclisin növbəti iclasının TARİXİ

Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib. Milli Məclisin növbəti iclası oktyabrın 27-də keçiriləcək.

Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir

Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir

Milli Məclis 2026-cı ilin sentyabr-oktyabr aylarında Fransada baş verən kütləvi etirazlar və iğtişaşlar, uşaqlara və dinc nümayişçilərə qarşı polis zorakılığı, ağır xəsarət halları, kütləvi həbslər və ictimai təhlükəsizliyin təmin olunmasında yaranmış ciddi problemlərlə əlaqədar dərin narahatlığını ifadə edib. Primeinfo.az xəbər verir ki, Azərbaycan parlamenti bununla bağlı münasibətində qeyd edib ki, Fransada təhsil sisteminin vəziyyətindən, yaşayış xərclərinin artmasından və sosial problemlərdən narazılıq zəminində başlayan etirazlar oktyabrın 17-də daha geniş coğrafiyanı əhatə edərək ölkənin müxtəlif şəhərlərinə yayılıb. Qeyd edilib ki, rəsmi məlumatlara görə, həmin gün nümayişlərdə 550 min nəfər iştirak edib: “Paris, Marsel, Lion və digər şəhərlərdə baş vermiş iğtişaşlar, yanğınlar və talanlar Emmanuel Makron rejiminin ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin qorunması sahəsində üzləşdiyi ciddi çətinlikləri nümayiş etdirir.

Milli Məclisin sədri Kamboca Baş naziri ilə görüşüb - FOTO

Milli Məclisin sədri Kamboca Baş naziri ilə görüşüb - FOTO

Bu gün ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib, spiker Sahibə Qafarova ilə görüşüb. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu səfər Kamboca və Azərbaycan arasındakı yüksək səviyyəli münasibətlərin bariz göstəricisidir.

Laos Prezidenti Milli Məclisdə olub - FOTO

Laos Prezidenti Milli Məclisdə olub - FOTO

Oktyabrın 13-də Milli Məclisin sədri Sahibə Qafarova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfransın (AQEM) Bakıda keçiriləcək Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.