Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

26.10.2026 16:29

Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Paytaxtın Suraxanı rayonunda aparılan təmir işləri ilə əlaqədar 5 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil olunub.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Cavid Cabbarzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar 106, 141, 168 və 169 nömrəli marşrutların avtobusları Heydər Əliyev prospekti, 214A nömrəli marşrutun avtobusları isə 25-ci Bülbülə küçəsi ilə hərəkət edir.

Paylaş: