Xəbər axtarın

Son axtarış nəticələri:

FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib

24.10.2026 21:00

FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib

Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalına qələbə ilə başlayıb.

Primeinfo.az xəbər verir ki,yığmamız turnirdə ilk oyununda Timor-Leste komandasına qarşı keçirib.

Bakı Kristal Zalında keçirilən qarşılaşmada təmsilçimiz rəqibini 6 cavabsız qolla darmadağın edib – 6:0.

Azərbaycan millisi oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında təşkil olunacaq.

Yığmamız oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti ilə üz-üzə gələcək.

Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 30-dək davam edəcək. FIFA-ya üzv 189 ölkənin komandalarının iştirak etdiyi yarış çərçivəsində 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulur.

Paylaş: