Xəbər axtarın

Son axtarış nəticələri:

Ronaldu 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...

22.10.2026 18:10

Ronaldu 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldu Lissabonda dəyəri 30 milyon avro (təxminən 57 milyon manat) olan nəhəng malikanə tikdirir.

Primeinfo.az Axşam.az-a istinadən xəbər verir ki, futbolçunun gələcəkdə yaşamağı planlaşdırdığı malikanə ölkəsinin paytaxtı Lissabonun mərkəzindən 30 kilometr məsafədə inşa edilir.

Ronaldu 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...

Malikanədə 23 otaq, 7 vanna otağı olacaq. Mülkdı iki – Atlantik okeanına açılan mənzərəsi olan hovuzla yanaşı, şüşə döşəməli xüsusi hovuzun da inşa ediləcəyi qeyd olunur.

Villa müasir avadanlıqlarla təchiz olunmuş şəxsi kinoteatr da yer alacaq.

Bundan başqa, Ronaldunun milyonlarla avro dəyərində lüks avtomobil kolleksiyasını saxlamaq üçün 20 avtomobillik yeraltı qaraj tikiləcək.

Paylaş: