Xəbər axtarın

Son axtarış nəticələri:

Autizmli 2 yaşlı uşaq döyüldü - Cinayət işi BAŞLANILIB - VİDEO

21.10.2026 18:28

Autizmli 2 yaşlı uşaq döyüldü - Cinayət işi BAŞLANILIB - VİDEO

Bakıda uşaqların erkən inkişaf mərkəzində autizmli uşağın döyülməsi faktı polis tərəfindən araşdırılır.

Bu barədə Primeinfo.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, hadisə “Brain Academy” uşaqların erkən inkişaf mərkəzinin Bakıxanov filialında baş verib. Sözügedən mərkəzdə 2 yaşlı autizm spektrli uşağın zorakılığa məruz qalması barədə görüntülər yayılıb.

Azyaşlının valideynləri bununla bağlı şikayət ediblər.

Uşağın yaxını Ramin Balayev Bakues.az-a bildirib ki, sözügedən Mərkəzdə inkişafı və reabilitasiyası üçün həvalə edilən autizm spektrli 2 yaşlı uşaq ağır fiziki şiddətə və zorakılığa məruz qalıb. Bərpa olunmaq, inkişaf etmək əvəzinə uşağın üzünə və başına zərbələr endirilib, ona ağır psixoloji travma yaşadılıb.

Şikayətçinin təqdim etdiyi təhlükəsizlik kamerası görüntülərində müəssisə əməkdaşının 2 yaşlı köməksiz uşağın başından və üzündən vurması, uşağın isə dözülməz ağrı və qorxudan dayanmadan ağlaması əks olunub.

Uşağın yaxınları hadisədən sonra azyaşlıda dərin psixoloji travmanın yarandığını, onun daha da qapandığını və qorxu içində olduğunu bildirirlər.

Ailə günahkarların qanun qarşısında cavab verməsini tələb edirlər.

 

Paylaş: