Xəbər axtarın

Son axtarış nəticələri:

Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - FOTO

20.10.2026 13:14

Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - FOTO

Şimali Koreya lideri Kim Çen In oktyabrın 19-da paytaxt Pxenyanda keçirilən geyim və ayaqqabı sərgisini ziyarət edib.

Primeinfoə.az xəbər verir ki, Şimali Koreya rəhbərinin vəfatı ilə bağlı sosial şəbəkələrdə gəzən şayiələrin fonunda Koreya Mərkəzi Telegraf Agentliyi (KMTA) sözügedən tədbirdən fotolar yayımlayıb.

Təqdim olunan fotolarda Kim Çen Inın uşaq ayaqqabılarına və qadın paltolarına baxdığı, həmçinin yanındakı rəsmilərlə danışarkən aktiv jestlərdən istifadə etdiyi görünür.

Qeyd edək ki, KXDR liderinin ölümü barədə iddiaları ABŞ-də məskunlaşan çinli dissident Vantszyun Se ortaya atmışdı. O, Kimin ağır beyin qanaması keçirdiyini, komaya düşdüyünü və Pekinə aparıldıqdan sonra həyatını itirdiyini bildirmişdi.

Paylaş: