Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Vladimir Putin

Çin Si Cinpin, Tramp və Putinin görüşünü təsdiqləyib

Çin Si Cinpin, Tramp və Putinin görüşünü təsdiqləyib

Çin Sədri Si Cinpin noyabrın 19-da Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin ilə üçtərəfli görüş keçirəcək.

Putin Uitkoff və Kuşneri qəbul edib

Putin Uitkoff və Kuşneri qəbul edib

Kremldə Rusiya Prezidenti Vladimir Putinin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başlayıb. Primeinfo.az xəbər verir ki, Putin Rusiya ilə Ukrayna arasında təmasların təşkilinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürünün çatdırılmasını istəyib. Rusiya Prezidenti Ukrayna ilə bağlı humanitar istiqamətdə irəliləyişin olduğunu bildirib.

Ərdoğan Putinlə danışıqlar aparmağı planlaşdırır

Ərdoğan Putinlə danışıqlar aparmağı planlaşdırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna müharibəsi ilə bağlı danışıqlar aparmağı planlaşdırır. Primeinfo.az NTV-yə istinadən xəbər verir ki, bu barədə Ərdoğan jurnalistlərə bildirib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri zamanı müharibənin sonlandırılması ilə bağlı ətraflı müzakirələr aparıldığını qeyd edib.

Putin MDB ölkələrində gəlirləri haqqında məlumat toplamağa icazə verən qanunu İMZALAYIB

Putin MDB ölkələrində gəlirləri haqqında məlumat toplamağa icazə verən qanunu İMZALAYIB

Rusiya prezidenti Vladimir Putin məhkəmə icraçılarına rusiyalıların MDB ölkələrində işi, hesabları və gəlirləri haqqında məlumat toplamağa icazə verib. Primeinfo.az xəbər verir ki, Putin Rusiya məhkəmə icraçıları xidmətinə digər ölkələrin məhkəmə icraçılarından rusiyalılar barədə məlumat sorğulamağa imkan verən sazişin ratifikasiyası haqqında qanunu imzalayıb. Qeyd edək ki, saziş Rusiya, Azərbaycan, Ermənistan, Qırğızıstan, Tacikistan, Belarus, Özbəkistan və Qazaxıstan tərəfindən 2025-ci ilin mayında imzalanıb.

Putin və Pezeşkian Moskvada Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Putin və Pezeşkian Moskvada Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkian arasında ikitərəfli görüş keçirilib. Primeinfo.az xəbər verir ki, görüş Kremldə baş tutub. Putin görüş zamanı Rusiya ilə İran arasında ticarət dövriyyəsinin artdığını, Buşehr Atom Elektrik Stansiyasının tikintisinin davam etdiyini bildirib.

Putin-Uitkoff görüşünün DETALLARI: ABŞ-yə dizel, Ukraynaya sülh

Putin-Uitkoff görüşünün DETALLARI: ABŞ-yə dizel, Ukraynaya sülh

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən bugünkü görüşdə Ukrayna müharibəsinin dayandırılması, üçtərəfli danışıqların bərpası, Moskva ilə Vaşinqton arasında iqtisadi əməkdaşlıq və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub. Görüş zamanı ABŞ-yə dizel yanacağı tədarükü və amerikalı məhbusun azad edilməsi də diqqət çəkən məqamlar sırasında yer alıb. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri məlumat yayıb.

Putinlə Uitkoff arasında görüş başa çatıb - YENİLƏNİB

Putinlə Uitkoff arasında görüş başa çatıb - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff arasında görüş başlayıb. Primeinfo.az xəbər verir ki, Putin-Uitkoff danışıqları Sankt-Peterburqda Konstantinov sarayında keçirilir. Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov danışıqlarda əsas mövzunun Ukrayna münaqişəsi olacağını bildirib.