Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-nin üçüncü təyyarədaşıyanı Yaxın Şərqdə: İrana hücum an məsələsidir

16.11.2026 12:04

ABŞ-nin üçüncü təyyarədaşıyanı Yaxın Şərqdə: İrana hücum an məsələsidir
ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmisi “Theodore Ruzvelt” ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına çatıb.

Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, məlumatı “Axios” və İsrailin 12-ci kanalının müxbiri Barak Ravid adı açıqlanmayan ABŞ rəsmisinə istinadən X hesabında paylaşıb: “ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi Ruzvelt bazar günü ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına çatıb”.

Onun sözlərinə görə, hazırda CENTCOM-un Yaxın Şərqdə üç təyyarədaşıyan gəmisi var.
ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına əsasən Yaxın Şərq və Şimali Afrika daxildir.
Teodor Ruzvelt gəmisinin Yaxın Şərqə göndərilməsi ABŞ-ın İrana qarşı yeni hücum əməliyyatına hazırlığın tərkib hissəsi hesab olunur.

Paylaş: