Xəbər axtarın

Son axtarış nəticələri:

Vladimir Putin, Si Cinpin və Donald Tramp bir araya gəlirlər - Görüşün tarixi təsdiqləndi

14.11.2026 22:15

Vladimir Putin, Si Cinpin və Donald Tramp bir araya gəlirlər - Görüşün tarixi təsdiqləndi

Rusiya, Çin və ABŞ liderləri – Vladimir Putin, Si Cinpin və Donald Trampın iştirakı ilə üçtərəfli sammit noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək. Bununla bağlı razılıq əldə olunub.

Primeinfo.az xəbər verir ki,bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə məlumat verib.

“Noyabrın 19-da Prezident Putin, Sədr Si və Prezident Tramp arasında üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə olunub. Görüş Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutacaq”, – deyə Kremlin sözçüsü bildirib.

***

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir.

Primeinfo.az “Reuters”ə istinadən xəbər verir ki,bu barədə Ağ Evin nümayəndəsi jurnalistlərə məlumat verib.

ABŞ liderinin nümayəndəsinin sözlərinə görə, Tramp görüş zamanı nüvə silahlarının azaldılması məsələsini müzakirə etmək istəyir. Lakin məmur qeyd edib ki, ABŞ bu sahədə hər hansı razılığın əldə olunacağını gözləmir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirmişdi ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammitində Putin, Si Cinpin və Tramp arasında mümkün üçtərəfli görüşün gündəliyi ilə bağlı Moskva, Pekin və Vaşinqton fikir mübadiləsi aparırlar. Noyabrın 12-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov tərəflərin mümkün üçtərəfli görüşün əsas məzmunu üzərində işlədiklərini nəzərə çatdırmışdı.

Paylaş: