Səudiyyə Ərəbistanının başçılıq etdiyi husilərə qarşı mübarizə koalisiyasının nümayəndələri bildiriblər ki, hərbçilər bu qruplaşma tərəfindən buraxılmış iki pilotsuz uçuş aparatını (PUA) vurublar. Primeinfo.az xəbər verir ki,bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb. Dronların hədəflərinin Ər-Riyadda və Səudiyyə Ərəbistanının cənub hissəsində yerləşdiyi ehtimal olunur.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan “Birgə Müdafiə üzrə Məkkə Sazişi”nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub. Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, saziş Türkiyənin “Resmi Gazete”sində dərc edilib. “7 avqustda Məkkədə imzalanan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Krallığı arasında Məkkə sazişinin təsdiqlənməsinin məqsədəuyğun hesab edildiyi bildirilib.
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun Ər-Riyaddakı inzibati binası hava hücumuna məruz qalıb. Primeinfo.az xəbər verir ki,bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, zərərsizləşdirilən hava hədəfinin qalıqlarının düşməsi nəticəsində obyektə cüzi ziyan dəyib.
Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına və milli neft şirkəti olan “Saudi Aramco”nun obyektlərinə zərbələr endirdiklərini iddia ediblər. Primeinfo.az xəbər verir ki,bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib. Onun sözlərinə görə,əməliyyatlar zamanı çoxsaylı ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə olunub.
Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Əbdüləziz bin Talal Al Səud Ermənistana səfər edib. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan “Facebook” səhifəsində bildirib. Nazir şahzadəni İrəvanın “Zvartnots” hava limanında qarşılayıb.
Səudiyyə Ərəbistanının cənubunda Yəməndəki “Ənsar Allah” hərəkatı tərəfindən buraxıldığı bildirilən ballistik raketlərin qalıqlarının yaşayış məntəqələrinə düşməsi nəticəsində azı iki nəfər xəsarət alıb. Primeinfo.az xəbər verir ki,bu barədə krallığın Mülki Müdafiə İdarəsi məlumat yayıb. Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinin yaydığı açıqlamaya görə, bazar günü Xamis-Muşayt və Əhəd-Rufeydə rayonlarında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan iki ballistik raketin qalıqları yerə düşüb.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanında beynəlxalq uçuşlar bərpa olunub. Primeinfo.az “Associated Press”ə istinadən xəbər verir ki,Yəməndəki husilərin hücumları səbəbindən iki həftədən çox fəaliyyətini dayandıran hava limanının birinci və ikinci terminalları oktyabrın 25-dən yenidən istifadəyə verilib. Hava limanının administrasiyası bildirib ki, birinci terminal daxili, ikinci terminal isə ölkənin milli aviaşirkətlərinin beynəlxalq reyslərinə xidmət göstərəcək.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndəki husilərin Ər-Riyad istiqamətində atdığı ballistik raketi məhv ediblər. Primeinfo.az xəbər verir ki,bu barədə koalisiyanın sözçüsü Türki əl-Maliki məlumat verib. Hadisədən sonra Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi Ər-Riyad sakinlərini mümkün təhlükə barədə xəbərdar edib.
Husilər Səudiyyə Ərəbistanının Ər-Riyaddakı Müdafiə Nazirliyinə zərbə endirdiklərini bildiriblər. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin binasından əlavə, “Aramco” şirkəti və iki hava limanı da hədəfə alınıb.
Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb.