Energetika naziri Pərviz Şahbazov COP31 çərçivəsində Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyinin himayəsi və dəstəyi ilə Türkiyə Külək Enerjisi Assosiasiyası (TÜREB) və Qlobal Külək Enerjisi Şurasının (GWEC) təşkil etdiyi “Külək enerjisinə investisiyaların sürətləndirilməsi: COP31 öhdəliklərindən tərəfdaşlıqlara” mövzusunda Nazirlər və İnvestorların Plenar İclasında əsas məruzəçi kimi çıxış edib. Primeinfo.az-a bu barədə Energetika Nazirliyindən bildirilib. Məlumata görə, nazir artan elektrik enerjisi tələbatının etibarlı və münasib qiymətli enerji ilə qarşılanmasında, eləcə də emissiyaların azaldılmasında külək enerjisinin əhəmiyyətini vurğulayıb.
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı – COP31 bu gün öz işinə başlayıb.
Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi, iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən önəmli qurumu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) Antalyada bu gün öz işinə başlayır.
COP31-in keçirilməsi üçün Türkiyənin Antalya şəhərində ümumi sahəsi 1,5 milyon kvadratmetr olan tədbir ərazisi hazırlanıb. Primeinfo.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Dəstək Xidmətləri İdarəsinin rəisi Ahmet Sami Kulaklıoğlu “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “COP31 üzrə logistika brifinqi”ndə deyib. O bildirib ki, COP31-in keçiriləcəyi ərazidə “Mavi Zona” və “Yaşıl Zona” vahid məkanda yerləşəcək: “COP31 ərazisi ümumilikdə 1,1 milyon kvadratmetr sahədə qurulub.
İstanbul şəhərində Türkiyənin COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti” baş tutub.
COP31 Sədrliyi olaraq xüsusilə Bakı Maliyyə Hədəfi başda olmaqla, COP29 çərçivəsində götürülmüş öhdəliklərin icrasını yaxından izləyəcəyik. Primeinfo.az xəbər verir ki, bunu COP31-in təyin olunmuş prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbirə göndərdiyi videomesajda deyib. O bildirib ki, COP31-də əməkdaşlığın və konkret nəticələr ön plana çıxacaq: “Çünki dünya artıq sadəcə yeni vədlər eşitmək istəmir.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalyada Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişiklikləri naziri və COP31-in prezidenti Murat Kurum ilə görüşüb.
COP31-ə sədrliyimiz müddətində COP29-u uğurla həyata keçirən Azərbaycanın təcrübəsindən yararlanırıq. Primeinfo.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib. O bildirib ki, Türkiyə qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizədə aparıcı rol oynamağa qərarlıdır: “TDT-yə üzv və müşahidəçi dövlətlərin COP prosesində fəal iştirakı əməkdaşlığın genişləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizə üzrə COP-31 gündəliyimiz çərçivəsində maddi nəticələr əldə etmək üçün möhkəm zəmin yaradacaq”.
11-12 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində COP31-ə hazırlıq ilə bağlı Türkiyə, Azərbaycan, Braziliya, Avstraliya və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin nümayəndə heyətlərinin iştirakı ilə ilk strateji planlama iclası keçirilib. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, iclasda Azərbaycan nümayəndə heyətini xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Bundan əlavə, tədbirin açılışında Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev onlayn formatda iştirak və çıxış edib.
Türkiyədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) Prezident təyin olunub.