Azərbaycan COP-la bağlı yeni layihə həyata keçirəcək. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev deyib. “COP30-da qəbul edilmiş qərara əsasən, Azərbaycan COP29 komandası həm də yeni layihə üzrə prosesə cəlb olunub.
Türkiyə gələn il qlobal iqlim sammiti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasını (COP31) qəbul edəcək, Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edəcək. Primeinfo.az “Report”a istinadən bildirir ki, bunu Avstraliyanın Baş naziri Entoni Albaneze “Australian Broadcasting Corp Radio”ya açıqlayıb. Onun sözlərinə görə, tərəflər kompromisə gəliblər – Türkiyə COP31 sammitinə sədrlik edəcək, “pre-COP” tədbirləri Sakit okean regionunda keçiriləcək, Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edəcək.
Avstraliyanın Baş naziri Entoni Albanese bəyan edib ki, ölkə COP31 iqlim sammitini Türkiyə ilə birgə keçirməyəcək. Primeinfo.az xəbər verir ki, bunu “Reuters” agentliyi məlumat yayıb. “Sammiti birgə keçirməyəcəyik, çünki birgə təşkilatçılıq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının qaydalarında nəzərdə tutulmayıb”, – Albanese Melburnda keçirilən brifinqdə bildirib.
COP29-un Prezidenti, Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev İstanbulda keçirilən Sıfır Tullantı forumu çərçivəsində Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumla görüşüb. Priminfo.az xəbər verir ki, bu barədə Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyindən bildirilib. Məlumata görə, tərəflər COP31 barədə fikir mübadiləsi aparıblar.