Xəbər axtarın

Son axtarış nəticələri:

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

08.11.2026 13:05

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

“Qələbə Günü münasibətilə mənə və Azərbaycan xalqına ünvanladığı səmimi təbriklərə görə əziz qardaşım, Məhəmməd Şahbaz Şərifə təşəkkür edirəm”.

Primeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesabında paylaşım edilib.

Paylaşımda qeyd olunub ki, 8 Noyabr xalqımız üçün tarixi əhəmiyyət daşıyan gündür:

“Bu tarix torpaqlarımızın işğaldan azad olunmasını və təxminən 30 illik işğala son qoyulmasını simvolizə edir.

Pakistanın dəyişməz dəstəyini yüksək qiymətləndiririk. Ötən il Bakıda keçirilən Zəfər paradında iştirakınız da davamlı dostluğumuzun və qardaşlığımızın növbəti təzahürü idi”.

Paylaş: