Xəbər axtarın

Son axtarış nəticələri:

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

07.11.2026 14:00

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə Sərəncam imzalayıb.

Primeinfo.az xəbər verir ki,Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova

“general-mayor” hərbi rütbəsi

polkovnik Elnur Əli oğlu Ələsgərliyə

polkovnik Hikmət Rövşən oğlu Əliyevə

polkovnik Telman Əsgər oğlu Hüseynova”.

Paylaş: