Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə keçmiş nazir HƏBS edildi - FOTO

06.11.2026 10:27

Türkiyədə keçmiş nazir HƏBS edildi - FOTO

Türkiyənin keçmiş ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya həbs edilib.

Primeinfo.az “TRT Haber”ə istinadən bildirir ki, o, kapital bazarı ilə bağlı qanunun pozulması və cinayət törətmək məqsədilə yaradılan təşkilata üzv olmaqda şübhəli bilinir.

Prokurorluqda 2 saat 15 dəqiqə dindirildikdən sonra hakim qarşısına çıxarılan Kaya barəsində həbs qətimkan tədbiri seçilib.

Türkiyədə keçmiş nazir HƏBS edildi - FOTO

Prokurorluğun göndəriş sənədlərinə əsasən, Kayanın “Özata Denizcilik” (OZATD) səhmləri ilə bağlı “Tera Qrup” rəhbərləri Emre Tezmen və Erdin Özel ilə intensiv əlaqədə olduğu və qrupda investisiya hesabı açdığı təsdiqlənib. Bazarın qiymətinə təsir edə biləcək açıqlanmayan məlumatlara sahib olduğu bildirilən şübhəlinin 2026-cı ilin aprelində aldığı OZATD səhmlərini ləğvetmə qərarından bir gün əvvəl – 16 sentyabrda “Tera Yatırım”a köçürərək sürətli şəkildə nağdlaşdırdığı müəyyən edilib.

Ödənişin standart T+2 yerinə dərhal (T+0 mövqeyində) həmin gün həyata keçirilməsi və əməliyyatların ləğv qərarından dərhal əvvəl baş tutması onun prosesdən öncədən xəbərdar olduğunu göstərib.

Keçmiş nazirin əri İlyas Kaya və Kapital Bazarları Şurasının keçmiş sədri İbrahim Ömər Gönül də eyni cinayətlərdə ittiham olunurlar. Onlar barəsində ölkədən çıxma qadağası və həbs olmayan qətimkan tədbiri qərarları verilib.

Qeyd edək ki, Fatma Betül Sayan Kaya 2016-2018-ci illərdə nazir vəzifəsində çalışıb.

Paylaş: