Xəbər axtarın

Son axtarış nəticələri:

Ağ Ev Trampın fotosunu “O, hələ də sizin prezidentinizdir” qeydi ilə paylaşıb

04.11.2026 21:29

Ağ Ev Trampın fotosunu “O, hələ də sizin prezidentinizdir” qeydi ilə paylaşıb

ABŞ-də aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra Ağ Ev Donald Trampın fotosunu “Xatırladırıq: Tramp hələ də sizin prezidentinizdir” yazısı ilə yayımlayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Ağ Evin Kommunikasiyalar üzrə direktoru Stiven Çunq da sosial şəbəkədə paylaşım edib.

Paylaşımlar Demokratların Konqresdə üstünlük qazanmasından sonra yayımlanıb.

Seçkilərin nəticələri Demokratlara qanunvericilik prosesində və prezident administrasiyasına nəzarətdə daha geniş imkanlar yaradır. Bununla belə, Konqresdəki qüvvələr nisbətinin dəyişməsi Trampın prezident səlahiyyətlərinə xitam vermir.

Paylaş: