Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilməsindən sonra cinayət işinin sensasiyalı təfərrüatları üzə çıxmaqda davam edir. Mediada Ramiz Mehdiyev hakimiyyəti ələ keçirəcəyi təqdirdə formalaşdıracağı “yeni kabinet”in siyahısı və vəzifə bölgüsü öz əksini tapıb. Lakin məsələ təkcə siyasi iddialarla bitmir.Primeinfo.az xəbər verir ki,Ramiz Mehdiyevin illər boyu tətbiq etdiyi əsas strategiya Azərbaycanda ən perspektivli sahələri – kənd təsərrüfatından tikintiyə, ağır sənayeyə qədər – öz nəzarətinə almaq, tam nəzarətə ala bilmədikdə isə orada süni xaos yaradıb, həmin xaos üzərindən bütün resursları ələ keçirmək olub.
Sosial mediada Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin çevriliş planın baş tutacağı təqdirdə vəzifə verəcəyi şəxslərin siyahısı yayımlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən “Şərq-Qərb” nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindirilib.
Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi başlanacaq. Primeinfo.az Teleqraf-a istinadən xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrlik etdiyi kollegiyada araşdırılacaq. Qeyd edək ki, Əli Kərimli və müavininin işi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən istintaq olunub.
Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyündən çıxarılması ilə bağlı qərarlardan sonra onun adına nəşr edilmiş əsərlərin elmi məzmunu, müəllifliyi və tədrisdə istifadəsi də araşdırma mövzusuna çevriləcək.
“Ramiz Mehdiyevin bu xəyanəti bağışlanmazdır. Ağlı üstündə, düşüncəsi normal olan insan belə bir xəyanəti edə bilməz. Düşünürəm ki, Ramiz Mehdiyevin huşu üstündə deyil”.
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti olaraq məhrum edilib. Primeinfo.az-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, məhkəməyə sədrlik edən hakim hökmdən əvvəl ondan son sözünü deməsini təklif edib. Lakin evindən online qaydada prosesə qatılan Ramiz Mehdiyev hakimin “Məhkəmədən xahişiniz nədir?” sualına susqunluq nümayiş etdirib.
Tanınmış teleaparıcı və jurnalist Xoşqədəm Hidayətqızı (Baxşəliyeva) Prezident Administrasiyasının 14 il müddətinə azadlıqdan məhrum edilən keçmiş rəhbəri Ramiz Mehdiyevin vaxtilə onunla bağlı qurduğu plandan danışıb. Primeinfo.az xəbər verir ki, X.Hidayətqızı sosial şəbəkə hesabında yazıb: “Hə, dostlar… Bu gün sizi illər öncəyə — 2005-ci ilə aparacağam.
“Ramiz Mehdiyev başqa bir ölkənin maraqlarını Azərbaycanda həyata keçirən şəbəkənin başında durub. Kimliyindən asılı olmayaraq, Azərbaycan dövlətinə xəyanət edən heç kim bağışlanmamalıdır”.