Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya ordusu Kiyevi bombaladı: 15 nəfər ölüb - FOTO

23.11.2026 12:14

Rusiya ordusu Kiyevi bombaladı: 15 nəfər ölüb - FOTO

Rusiya ordusunun gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə və ətraf yaşayış məntəqələrinə həyata keçirdiyi hücumlar nəticəsində azı 15 nəfər həyatını itirib.

Primeinfo.az xəbər verir ki, bu barədə Kiyev vilayətinin qubernatoru Timur Tkaçenko “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, Kiyevdən təxminən 45 kilometr şimalda yerləşən Dymer qəsəbəsində beşmərtəbəli yaşayış binasına endirilən zərbə nəticəsində binanın bir hissəsi çöküb.

Dağıntılar altında qalan sakinlərin axtarışı və xilasetmə işləri davam etdirilib.

Bundan başqa, Kiyev vilayətinin Bila Tserkva şəhərində yaşayış evinə endirilən zərbə yanğına səbəb olub. Nəticədə daha bir nəfər həyatını itirib.

Xilasetmə işləri davam etdirilir.

Rusiya ordusu Kiyevi bombaladı: 15 nəfər ölüb - FOTO

 

 

Paylaş: