2026-cı ilin yanvar-iyun aylarında 533 və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 15,1 faiz azalaraq 689 nəfər olub. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, onlardan 285 nəfər həlak olmuş, 404 nəfər isə yaralanıb.
Şamaxı-Pirqulu avtomobil yolunda baş verən yol qəzasında ölənlərin sayı 2-yə çatıb. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, rayonun Qızmeydan kəndi ərazisində baş verən qəza zamanı sürücünün həyat yoldaşı Şövkət Aslanova hadisə yerində dünyasını dəyişib. Sürücü Mətləb Aslanov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lənkəranda avtomobilin dərəyə aşması nəticəsində sürücü ölüb. Primeinfo.az xəbər verir ki, Diryan kənd sakini 1965-ci il təvəllüdlü Nuriyev İntiqam Ağarza oğlu idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə torpaq yolda idarəetməni itirib. Nəticədə avtomobil dərədən aşıb.
Harvard Tibb Məktəbinin alimləri məşhur sənətçilərin musiqi albomlarının işıq üzü görməsi ilə ABŞ yollarında baş verən yol-nəqliyyat hadisələrinin sayının artması arasında qanunauyğunluq aşkar ediblər. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Times” qəzeti məlumat yayıb. “Hadisələrə dair məlumatların təhlili vasitəsilə müəyyən etdik ki, əhəmiyyətli musiqi albomlarının çıxdığı günlərdə musiqilərin striminq platformalarında dinlənilməsi (smartfonlardan istifadənin göstəricisi) təxminən 40% artır.
Zaqatalada minik avtomobili aşıb. Primeinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə gecə saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Zaqatala şəhər sakini, 17 yaşlı M.R.-nin idarə etdiyi “Lada Priora” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Yevlaxda yol-nəqliyyat hadisəsində ölən şəxslərin qardaş olduqları məlum olub.
Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, hava limanı istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsi yolun kənarında dayanmış avtomobilə çırpılıb.
Balakən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha bir nəfər ölüb.
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, rayonun Təklə kəndi ərazisində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü, 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb.
Cəlilabad rayonunun Soltankənd-Zəhmətabad avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan dörd nəfər xəstəxanadan evə buraxılıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.