Əfqanıstanın şərqində Pakistan sərhədindən qayıdan əfqan qaçqınlarını daşıyan yük maşınının aşması nəticəsində azı 18 nəfər ölüb, 35 nəfər yaralanıb. Ölənlər arasında 10 uşaq və 5 qadın olduğu bildirilir. Primeinfo.az “Reuters“-a istinadən xəbər verir ki, hadisə Ləğman vilayətində, Kabil ilə Nəngərharı birləşdirən əsas magistral yolda baş verib.Vilayət qubernatorunun sözçüsü Əbdül Malik Niazai bildirib ki, yaralılar dərhal Nəngərhar xəstəxanalarına yerləşdirilib.
İranın Buşehr vilayətində sərnişin avtobusu aşıb. Primeinfo.az xəbər verir ki, hadisə nəticəsində 8 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Qəza vilayətin Bəndər Kəngan şəhərində baş verib.
Sabirabadda baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Primeinfo.az xəbər verir ki,Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndində baş verib. 3 avtomobilin iştirakı ilə baş verən qəzada 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Sabirabad rayonunda ağır yol qəzası baş verib. Primeinfo.az-ın məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb. Üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Ələsgərov Bəxtiyar, 1990-cı il təvəllüdlü Əhmədova Xalidə, 1970-ci il təvəllüdlü Allahverdiyeva Arifə, 1975-ci il təvəllüdlü Xudiyev Emin, 1964-cü il təvəllüdlü Turabov Mürvət və daha iki nəfər xəsarət alıb.
Xızı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, 1982-ci il təvəllüdlü Şahin Mustafa oğlu Bayramovun sükanı arxasında olduğu “Jeep” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini, 1994-cü il təvəllüdlü Cəvahir Dəmirçiyevanın sürücüsü olduğu “Chevrolet” markalı minik avtomobili hərəkətdə olarkən, 2009-cu il təvəllüdlü Yusif Babayevin idarə etdiyi mopedlə toqquşub.
Səhər saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Bildirilib ki, qəza zamanı nəqliyyat svetoforu və idarəetmə qutusu sıradan çıxıb.
Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda ağır avtomobil qəzası baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.
Aprelin 12-də Suraxanı rayonu, Zığ dairəsi-Hava Limanı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Bildirilib ki, yük maşını yolun hərəkət hissəsində məcburi dayandığı zaman qəza dayanma işıq siqnalını yandırmayıb.
Lənkəranda ağac hərəkətdə olan avtomobilin üstünə aşıb. Primeinfo.az xəbər verir ki, hadisə səhər saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Parakənd kəndi ərazisində baş verib. Astara rayonunun Təngərüd kənd sakini, 1967-ci il təvəllüdlü Dəmir Sərvaz oğlu Müzəffərovun idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsi Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən, Parakənd kəndi ərazisində yol kənarında çürümüş ağac üstünə aşıb.