Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: yol qəzası

Aeroport yolunda DƏHŞƏTLİ QƏZA - 2 piyada vuruldu - VİDEO

Aeroport yolunda DƏHŞƏTLİ QƏZA - 2 piyada vuruldu - VİDEO

  Ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Aeroport şosesində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az-a bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Bildirilib ki, qəzada xəsarət alan piyadalardan biri taksi minik avtomobilinə qoyulub və onun vəziyyəti, pik saatda yaranan nəqliyyat sıxlığı nəzərə alınaraq yol polisi əməkdaşlarının operativ müşayiəti altında Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Füzulidə maşın traktora çırpıldı - 10-cu sinif şagirdi öldü

Füzulidə maşın traktora çırpıldı - 10-cu sinif şagirdi öldü

Füzulidə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini Ramil İbayev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən qarşısında gedən traktorun qoşqusuna çırpılıb.

Şəmkirdə hərbçilər qəzaya düşdü: ölən və yaralılar var

Şəmkirdə hərbçilər qəzaya düşdü: ölən və yaralılar var

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Şükürlü Sucəddin Tacəddin oğlunun idarə etdiyi “Tofaş Şahin” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.

Ağsuda ağır qəza - Xəsarət alanlar var

Ağsuda ağır qəza - Xəsarət alanlar var

Ağsuda ağır yol qəzası baş verib. Primeinfo.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Ağsu-Bəhrəmtəpə yolunun rayonun Ərəbmehdibəy kəndi ərazisindən keçən hissəsində olub. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Məktəb direktoru avtomobillə piyadanı vurdu

Məktəb direktoru avtomobillə piyadanı vurdu

Cəlilabadda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Bədirli kəndində qeydə alınıb. Rayonun Babaxanlı kənd sakini Ziyatay Uruf oğlu Zeynalov idarə etdiyi avtomobillə Bədirli kənd sakini, piyada Xudu Abdulla oğlu Əliyevi vurub.

Maştağa-Zabrat yolunda niyə tez-tez qəzalar baş verir? - SƏBƏB - VİDEO

Maştağa-Zabrat yolunda niyə tez-tez qəzalar baş verir? - SƏBƏB - VİDEO

Paytaxtın Sabunçu rayonu, Maştağa-Zabrat yolunda ötən gün günorta saatlarında qeydə alınan qəza Zabrat istiqamətində qısamüddətli nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, eyni yolda bu ayın 3-də minik avtomobilnin idarəetməni itirib yol kənarına aşması və 6-da baş verən digər qəza səbəbindən yolda ləngimə yaranıb: “DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin apardığı təhlillərə əsasən, sözügedən yolda son dövrlərdə, o cümlədən bu il artıq bir neçə dəfə qeydə alınan yol-nəqliyyat hadisələrinin əsas səbəbi bəzi sürücülərin yol hərəkəti qaydalarına əməl etməmələri, yəni nəqliyyat vasitələrini sürətlə idarə etmələri və düzgün ara məsafəsi saxlamamaları ilə bağlıdır”.

Hacıqabulda 3 maşın toqquşdu: xəsarət alanlar var - FOTO

Hacıqabulda 3 maşın toqquşdu: xəsarət alanlar var - FOTO

Hacıqabul rayonu ərazisində 3 avtomobil toqquşub. Modern.az xəbər verir ki, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Hacıqabul rayonu ərazisində qeydə alınıb. Yol qəzası zamanı “Qazel” markalı yük maşını və “Kia” markalı iki minik maşını toqquşub.