Xəbər axtarın

Son axtarış nəticələri:

Sükan arxasında telefon istifadəsi yol qəzalarının sayını artırır - NİİM

08.06.2026 11:13

Sükan arxasında telefon istifadəsi yol qəzalarının sayını artırır - NİİM

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.

Primeinfo.az-a bu barədə NİİM-dən məlumat verilib.

Bildirilib ki, bəzi sürücülər qaydaları bilməməsindən yox, qaydalara əməl etməməsindən qəza törədirlər:

“Paytaxt yollarında maddi zərərlə nəticələnən yol qəzalarının bir çox hissəsi sürücü diqqətsizliyi səbəbindən baş verir. Daha çox da sürücülərin sükan arxasında mobil telefondan istifadə etmələri müşahidə olunur”.

Bəs sürücü diqqətsizliyi səbəbindən qəzalar necə baş verir?

“Hərəkət zamanı diqqəti yoldan olmayan sürücünün svetoforun qırmızı işığında avtomobil dayandıqda, qarşıda nəqliyyat sıxlığı yarandıqda, texniki nasaz avtomobil yolda qaldıqda qəzadan yayınmaq şansı olmur. Yəni bu cür hallarda diqqətsiz sürücü sürəti vaxtında azalda bilmədiyindən qəza baş verir.

Ölüm və ya xəsarətlə, ən yaxşı halda isə maddi zərərlə nəticələnən belə qəzalardan yol hərəkətinin digər iştirakçıları da əziyyət çəkməli olurlar”, – deyə məlumatda qeyd edilir.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən yollarda diqqətli olmalarını, bu məsələyə məsuliyyətlə yanaşmalarını xahiş edir.

Paylaş: