Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Müdafiə Nazirliyi (MN)

HHQ-nin "Mi-17-1V" tipli helikopter cütlüyünün NATO qiymətləndirilməsi TƏLİMİ - FOTO -

HHQ-nin "Mi-17-1V" tipli helikopter cütlüyünün NATO qiymətləndirilməsi TƏLİMİ - FOTO -

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin “Mi-17-1V” tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi təliminin açılış mərasimi keçirilib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, tədbirdə təlimin məqsədi, təhlükəsizlik qaydaları və digər vacib məsələlərə dair ətraflı məlumatlar təqdim edilib. Proqrama uyğun olaraq, təlim poliqonunda real atış tapşırıqları icra edilib, eləcə də yanğınsöndürmə üzrə praktiki məşqlər keçirilib.

Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib

Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib

Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat yayılıb. Bildirilib ki, Quru Qoşunlarında şəhid ailələri, döyüş əməliyyatlarında sağlamlıqlarını itirmiş şəxslər və müharibə veteranları ilə keçirilən görüşlərdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Şahinlərin Görüşü-2026”da "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO - VİDEO

“Şahinlərin Görüşü-2026”da "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO - VİDEO

Oktyabrın 20-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və yüksək səviyyəli qonaqların iştirakı ilə “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, əvvəlcə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib.

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olunub - FOTO

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olunub - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant İsa Səif bin Ablan əl-Məzruini qəbul edib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, iki ölkə arasında hərbi əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirən general-polkovnik Z.Həsənov bu əlaqələrin bundan sonra da genişləndirilməsinin vacibliyini vurğulayıb. “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimindən danışan nazir bu cür təlimlərin Azərbaycan ilə BƏƏ arasında hərbi əlaqələrin genişlənməsinə və ordularımızın inkişafına töhfə verəcəyini qeyd edib.

Azərbaycanda hərbçi ürəyindən əməliyyat olundu - VİDEO

Azərbaycanda hərbçi ürəyindən əməliyyat olundu - VİDEO

Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. Primeinfo.az-a bu barədə MN-dən məlumat verilib. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zamanı aortal qapağın ciddi çatışmazlığı, eləcə də aort kökü və qalxan aortanın genişlənməsi ilə müşayiət olunan anevrizma aşkarlanıb.

"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar - FOTO

"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar - FOTO

“Şahinlərin Görüşü – 2026” birgə taktiki-uçuş təliminin iştirakçıları Bakıda yerləşən Hərbi Qənimətlər Parkında olublar. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qonaqlara açıq hava muzeyi və parkdakı eksponatlar, o cümlədən tanklar, artilleriya qurğuları və döyüş zamanı qənimət götürülmüş digər ağır silahlar haqqında ətraflı məlumat verilib.