Azərbaycanda keçirilən “Şahinlərin Görüşü – 2026” birgə taktiki-uçuş təliminin növbəti mərhələsi çərçivəsində təlim-məşq uçuşları reallaşdırılıb. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hərbi qulluqçuları, eləcə də aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.
Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi başa çatıb. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi qulluqçuları, NATO nümayəndə heyəti və monitorinq qrupu təlimin gedişatını izləyiblər.
Cari ilin hazırlıq planına əsasən Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir. Primeinfo.az xəbər verir ki, toplanış zamanı hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, ixtisas hazırlığına uyğun məşğələlər təşkil olunub. Məşğələlərdə şəxsi heyətə atıcı silahların taktiki-texniki xüsusiyyətləri və təhlükəsizlik qaydaları çatdırılıb, həmçinin xəritə üzərində fəaliyyətlər nəzəri və praktiki olaraq yerinə yetirilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 15-də Qırğız Respublikasında keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib. Primeinfo.az xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri, həmçinin MDB Katibliyinin nümayəndələri iştirak ediblər. Əvvəlcə müdafiə nazirləri İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində yerləşən İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyaraq, qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
Bakıda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən, “Axtarış və xilasetmə sahəsində ekspert görüşü” keçirilib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Görüşdə iştirak etmək üçün İtaliya Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu ölkəmizə səfər edib.
2026-cı ilin ikitərəfli əməkdaşlıq planı çərçivəsində Qırğızıstan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) nümayəndə heyəti Azərbaycana səfər edib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, səfər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov ilə görüşən qırğızıstanlı qonaqlara qüvvələr haqqında brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb. Nümayəndə heyətinin rəhbəri öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qarşılıqlı təcrübə mübadiləsi baxımından bu cür səfərlərin vacibliyini diqqətə çatdırıb.
Oktyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər, eləcə də bu Zəfərə aparan döyüş təcrübəsi və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib. Azərbaycan ilə Kamboca arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycan ilə NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbir planına uyğun olaraq, istirahət günlərində qonaqlar Bakı şəhərinin tarixi-mədəni məkanları və muzeyləri ilə tanış olublar.
Ölkəmizdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələrinin aviasiyası, eləcə də hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə “Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bazasında təşkil olunan tədbirdə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib.
Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Cəfərov Zaur Hüseyn oğlu, Hüseynli İlqar Şəmiyyət oğlu və Tağıyev Hüseyn Oqtay oğlunun əziz xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib. Primeinfo.az xəbər verir ki,Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində,həmçinin Hərbi Memorial Məzarlıqda keçirilən tədbirlərdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.