Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan XİN: Türkiyədə helikopter qəzasında zərər çəkən hər kəsə və yaxınlarına səbir diləyirik

24.11.2026 23:16

Azərbaycan XİN: Türkiyədə helikopter qəzasında zərər çəkən hər kəsə və yaxınlarına səbir diləyirik

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Eskişehirdə helikopter qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

“Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopterin Eskişehirdə qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirib. Baş vermiş hadisə ilə əlaqədar qardaş Türkiyəyə, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə və helikopterdə həlak olmuş hərbçilərin ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.

Hadisədən zərər çəkən hər kəsə və onların yaxınlarına bu çətin məqamda səbir və dözüm diləyirik”, – paylaşımda qeyd olunub.

Paylaş: