Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)

ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

ANAMA minaaxtaran itlər üzrə potensialını sürətlə genişləndirib. Primeinfo.az xəbər verir ki, bunu ABŞ-ın “Marshall Legacy Institute” təşkilatının baş direktoru Eliz Becker Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının panel sessiyasında çıxışı zamanı deyib. O, ANAMA ilə artıq 20 ildən çoxdur tərəfdaşlıq etdiklərini və bundan qürur duyduqlarını bildirib.

IV Beynəlxalq Minatəmizləmə konfransı davam edir - FOTO

IV Beynəlxalq Minatəmizləmə konfransı davam edir - FOTO

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı davam edir. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan konfrans “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusundadır. Tədbirin ikinci günündə “Mina təhlükəsi ilə üzləşmiş şəhərlərin bərpasına siyasətlərin inteqrasiyası”, “Daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiyalar” mövzusunda panel sessiyalar, o cümlədən “Humanitar minatəmizləmədə milli təcrübə və əldə olunan nəticələr” mövzusunda ölkə üzrə təqdimatlar keçiriləcək.

Azad edilmiş ərazilərdə i​​​​​​ndiyədək 300 min ha minadan TƏMİZLƏNİB

Azad edilmiş ərazilərdə i​​​​​​ndiyədək 300 min ha minadan TƏMİZLƏNİB

Azad edilmiş ərazilərdə indiyədək təxminən 300 000 hektar minalardan təmizlənib. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında keçirilən panel sessiyadakı çıxışında deyib. Qeyd olunub ki, proses nəticəsində 43 000 ədəd mina və 24 000-dən çox partlayıcı qurğu məhv edilib.

ANAMA: 7 min hektardan çox ərazi mina və partlayıcılardan təmizlənib

ANAMA: 7 min hektardan çox ərazi mina və partlayıcılardan təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən avqustda icra edilən əməliyyatlara dair məlumatı açıqlanıb. ANAMA-dan Primeinfo.az-a bildirilib ki, ötən ay ərzində piyadaəleyhinə 514, tankəleyhinə 121 mina və 2724 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib. Avqust ayında ümumilikdə 7 min 568,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.

Füzulidə YOL QƏZASI - ANAMA-nın əməkdaşı ölüb

Füzulidə YOL QƏZASI - ANAMA-nın əməkdaşı ölüb

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az-ın məlumatına görə, rayonun Molla Məhərrəmli kəndi ərazisində Babı kənd sakini, 1999-cu il təvəllüdlü Sahil Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaclara çırpılıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (24 avqust-30 avqust) məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 161 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 689 Partlamamış Hərbi Sursat aşkarlanıb. Bildirilib ki, 2048,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Azad edilən ərazilərdə 139 mina, 522 PHS AŞKARLANIB

Azad edilən ərazilərdə 139 mina, 522 PHS AŞKARLANIB

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (17.08.2026-23.08.2026) məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 98 piyada əleyhinə mina, 41 tank əleyhinə mina, 522 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1829,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Prokurorluq: “Mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363 nəfər xəsarət alıb”

Prokurorluq: “Mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363 nəfər xəsarət alıb”

“Təəssüf hissi ilə bildiririk ki, işğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində insan tələfatı və xəsarətlərlə nəticələnən hadisələr baş verməkdə davam edir. Baş Prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə belə hadisələrin hər biri üzrə zəruri tədbirlər görülür və ictimaiyyətə mütəmadi məlumat verilir”. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mina partlayışları nəticəsində zərərçəkən şəxslərlə bağlı yaydığı məlumatda bildirilib.