Xəbər axtarın

Son axtarış nəticələri:

Borçalıda görünməyən mübarizə: Xarici təsirlər, dini təriqətlər və milli kimlik

24.11.2026 12:26

Borçalıda görünməyən mübarizə: Xarici təsirlər, dini təriqətlər və milli kimlik

Beş ildən yuxarıdır fəryad edirəm, deyirəm ki, İran, İraq, Ərəbistan, Avropa və s. Gürcüstan türkləri arasında 24 saatlıq qrafiklə iş aparır, dini ideologiyadan tutmuş bütün rıçaqlardan istifadə edərək yerli türklərdə milli və patriotik ruhu öldürür, agentura şəbəkəsi qurublar… Sanki Mübariz kimiləri kar olmuşdular, eşitmirdilər biz deyənləri. Kor olmuşdular, görmürdülər baş verənləri… Yatmışdılar. İndi də ayılıb Mübariz kimi tərbiyəsiz cahilləri salıblar üstümüzə.

İran, İraq, ərəblər, Avropa və s. Gürcüstanda nə edir?

İrandan Gürcüstana kütləvi surətdə narkotik preparatları gətirilir.

Satdıqları narkotiklə dindaşlarını və agentura şəbəkəsini maliyyələşdirirlər.

Məscid və mədrəsələr açıb türk gənclərini farslaşdırır, beyinlərini yuyub milli və vətənpərvərlik ruhunu öldürürlər. Şübhələr var ki, əqidəsi zəif olanları isə verbovka edərək agentura şəbəkəsinə qoşurlar.

Öz şirkətlərinin Gürcüstanda nümayəndəliklərini yaradıb yerli şiə türkləri işə cəlb edirlər. Onların vasitəsilə tərəfdarlarının sayını artırırlar.

Onların internet televiziyaları, universitetləri, bir neçə 24 saatlıq rejimdə çalışan saytları və ofisləri var.

Aşura və digər dini mərasimlərdə, Qurban bayramında və s. milyonlarla dollar pul xərcləyərək ehtiyacı olanlara köməklik edirlər.

Cinayətkarları maliyyələşdirib onların əleyhinə gedənlərə mənəvi və fiziki təsirlər göstərirlər.

Və s. və i. a.

Acınacaqlı odur ki, Gürcüstan hakimiyyəti baş verənlərə göz yumur. Eynilə İraq, Ərəbistan və s.

Gürcüstanda möminlərin sayı 2-3 faizdir, qalanları din adı altında alverlə məşğul olanlar, fanatlar, dindaşlardır. Bütün təriqətlərin başçılarının 99 faizi savadsız, məktəblərdən qovulmuş adamlardır. Bu gün Gürcüstan şeyxinin özü belə bu vəzifəyə gələnə qədər bizneslə məşğul olub. Yəni din sadəcə qalxan kimi istifadə edilir.

Bütün təriqətlərdə türkçülüyə və milli mənsubiyyətə nifrət təbliğ edilir. Çoxu ya özünə, ya da övladlarına fars və ya ərəb adları götürür. Bu gün artıq ərəblər farsları üstələyir, yəni onların tərəfdarları daha sürətlə artır. Onlar əsasən sıralarına idmançıları və fiziki cəhətdən güclü şəxsləri cəlb edirlər.

Pul, maliyyə və fiziki güc baxımından ərəblərin tərəfdarları farsların tərəfdarlarından daha güclüdürlər.

Dostlar, mən dəfələrlə bu sahədə fəryad etmişəm, sosial şəbəkələrdə çıxış etmişəm. Heç kəs eşitməyib, səsimə səs verməyib, bizə dəstək olmayıb.

Tbilisinin Soğanlıq məhəlləsində 10 minə yaxın əhali yaşayır. Beş məscidimiz var. Onlardan biri şiə məscididir, ikisi isə yalnız Aşura dövründə fəaliyyət göstərir. Beləliklə, üç şiə məscidi var. Sələfilərin iki məscidi, farsların isə iki mədrəsəsi fəaliyyət göstərir. Bir kənddə yeddi dini mərkəz var. Orta məktəbimiz yoxdur, beş ildir təmirdədir. Nə vaxt istifadəyə veriləcəyi isə məlum deyil.

Mən yuxarıda İranın Gürcüstanda yaşayan türklərlə iş aparma qaydasından yazdım. Oradan narkotiki çıxsaq, ərəblər də eyni qayda ilə, bəlkə də iki-üç dəfə çox maliyyə dəstəyi ayırırlar. Soğanlıqda ərəbpərəstlər farspərəstlərdən qat-qat varlıdırlar və varlanmaqda davam edirlər…

İndi Mübariz kimi Gürcüstandan xəbəri olmayan tərbiyəsiz küçə uşaqları çıxıb bizə ağıl öyrədirlər. Guya biz bilmirik burada nələr baş verir. O, dərk etmir ki, biz ona da, çoxlarına da bu sahədə dərs verə bilərik. Sadəcə, arxamız yoxdur, sahibsizik, yalqızıq.

NƏTİCƏ

Gürcüstanda türklərin yaşadığı regionlar Cənubi Qafqazın ürəyidir, strateji və geosiyasi cəhətdən əvəzolunmaz bölgələrdir. Gürcüstan Ermənistan, Azərbaycan, Rusiya və Türkiyə ilə həmsərhəddir. İran da uzaqda deyil.

İran Zəngəzur dəhlizini və həmin regionu, həmçinin Borçalıya nəzarət etməklə bölgədə güc sahibi olmaq istəyir. Farslar bu işdə yalnız ərəblərlə mübarizə aparırlar.

Borçalı geosiyasi cəhətdən çox əlverişli olmaqla yanaşı, qədim bun, hun, xəzər, peçeneq, qıpçaq, afşar, qayı, dulqədirli və s. ən döyüşkən tayfaların nümayəndələrini özündə birləşdirdiyinə görə faktiki olaraq heç bir qorxu bilməyən toplumdur.

Onlar tarixən Gürcüstanı Əhəmənilərdən, Əməvilərdən, Çingizxandan, Teymurləngdən, Səlcuqlardan, Qacarlardan və s. qorumuş, bugünkü Gürcüstan dövlətinin qurucularından biri, bəlkə də birincisi olmuşlar.

Hələ e.ə. 320-ci ildə bizim babalarımız Makedoniyalı İsgəndərin ilk yürüşündə ona qalib gəlmişlər. Sonra Makedoniyalı İsgəndər əlavə qoşun toplayaraq bun türklərini məğlub edə bilmişdi.

Gürcüstanda farsların, ərəblərin və avropalıların nə işlə məşğul olduqlarının kiçik bir hissəsi haqqında məlumat verdim.

Amerika və İsrailə qarşı vuruşan fars molla rejiminə qalib gəlməyi tərbiyəsiz Mübariz bizdən tələb edir.

Gürcüstanda ən aktiv olan dini təriqətlər:

Şiələr, sələfilər, vəhabilər, nurçular, fətullahçılar… Nisbətən zəif olanı isə yaqovellərdir.

Bəs Azərbaycan və Türkiyə hansı işləri görüblər? Görürlər? Görmək istəyirlər?

Fazil AfşarBunTürk, araşdırmaçı

Paylaş: