Hörmüz boğazında daha üç neft tankeri dəniz minasına düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Bildirilib ki, tankerlərdə partlayış və güclü yanğın baş verib.
Qanun pozuntusu edən iki neft tankeri Qənəm adasının şimalında və Hörmüzün şərqində dəniz minalarına çırpıldıqdan sonra partlayıb. Primeinfo.az xəbər verir ki,bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb. SEPAH-ın iddiasına görə, tankerlər hərəkət sistemlərini söndürərək Hörmüz boğazından icazəsiz keçməyə çalışıb.
Tehranla əlaqələndirilməyən marşrut üzrə Hörmüz boğazından keçən daha iki tanker minalanmış ərazidə partlayıb. Primeinfo.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb. “Son bir neçə saat ərzində Hörmüz boğazında icazəsiz cənub marşrutu ilə hərəkət edən iki tanker dəniz minaları ilə toqquşduqdan sonra çox güclü partlayışlar baş verib”, – məlumatda bildirilir.
Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb.
Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regionda ABŞ gəmilərinə zərbə endirməyə cəhd etdikdən sonra Amerika hərbçiləri İranın üç tankerinə hücum edib.
Qətərdən mayeləşdirilmiş maye qaz daşıyan “GasLog Shanghai” tankeri Hörmüz boğazında naməlum mərminin zərbəsinə məruz qalıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Bloomberg ” məlumat yayıb. Məlumata görə, zərbə nəticəsində gəmi zədələnib.
Oman sahillərindən 11 km şimal-şərqdə tankerə hücum edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatı Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb. “UKMTO, Omanın Lima şəhərindən 11 km şərqdə bir ticarət gəmisi ilə bağlı hadisə barədə məlumat alıb.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynanı Qara dənizdə Rusiyaya məxsus olmayan gəmilərə qarşı hücumlar həyata keçirməkdən çəkinməyə çağırıb. Primeinfo.az bu barədə The Wall Street Journal (WSJ) nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, ABŞ-ın enerji şirkəti Chevronun baş icraçı direktoru Mayk Virt Ukraynanın pilotsuz uçuş aparatlarının hücumlarının şirkətin Qazaxıstandakı fəaliyyətinə mümkün təsirləri ilə bağlı ABŞ administrasiyasının nümayəndələri ilə görüş keçirib.
ABŞ ordusu Oman körfəzində İranın dəniz blokadasını pozmağa çalışan bir tankeri vurub.