Xəbər axtarın

Son axtarış nəticələri:

Hörmüz boğazında Qətərin LNG tankerinə mərmi zərbəsi endirilib

01.08.2026 17:15

Hörmüz boğazında Qətərin LNG tankerinə mərmi zərbəsi endirilib

Qətərdən mayeləşdirilmiş maye qaz daşıyan “GasLog Shanghai” tankeri Hörmüz boğazında naməlum mərminin zərbəsinə məruz qalıb.

Primeinfo.az xəbər verir ki, bu barədə “Bloomberg ” məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində gəmi zədələnib. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) insidenti təsdiqləyərək bildirib ki, ətraf mühitə ziyan dəyməyib və hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd olunur ki, bundan əvvəl də Hörmüz boğazında naməlum gəmiyə hücum edildiyi barədə məlumat yayılmışdı.

Hadisə dünya enerji bazarları üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında gərginliyin artdığı vaxta təsadüf edib. Dünyada mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20 faizi bu boğazdan həyata keçirilir.

Paylaş: