Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: işid

21 İŞİD terrorçusu məhv edilib

21 İŞİD terrorçusu məhv edilib

Nigeriya Silahlı Qüvvələri ölkənin şimal-şərqində terror şəbəkələrinə qarşı əməliyyatları intensivləşdirərək 21 İŞİD terrorçusunu, o cümlədən yüksəkrütbəli komandirləri məhv edib. Həmçinin 8 terrorçu və onların 18 ailə üzvü təslim olub. Primeinfo.az xəbər verir ki, bu barədə “The Punch” nəşri məlumat yayıb.

İŞİD-ə qarşı əməliyyat: Məşhur "Abdullah" tutulub Türkiyəyə gətirildi

İŞİD-ə qarşı əməliyyat: Məşhur "Abdullah" tutulub Türkiyəyə gətirildi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qarşı xüsusi əməliyyat həyata keçirərək “Abdullah” ləqəbli Uğur Bahadırı saxlayıb. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, yaraqlı Əfqanıstan-Pakistan bölgəsində aşkar edilərək Türkiyəyə gətirilib. Türkiyə kəşfiyyatının məlumatına əsasən, U.Bahadır Türkiyəni tərk edib Əfqanıstan və Pakistana yola düşdükdən sonra, 2024-cü ildə qruplaşmaya cəlb olunub.

İŞİD-i maliyyələşdirənlərə HÖKM

İŞİD-i maliyyələşdirənlərə HÖKM

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsində təqsirləndirilən Eldar Cəlilov və Samir Şeydayev barəsində məhkəmə hökmü çıxarılıb. Onların hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. Primeinfo.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş Eldar Cəlilov və Samir Şeydayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İŞİD-də döyüşən azərbaycanlıya hökm oxundu

İŞİD-də döyüşən azərbaycanlıya hökm oxundu

Suriyada İŞİD terror təşkilatının tərkibində döyüş əməliyyatlarında iştirak etməkdə təqsirləndirilən Nicat Əzizov 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə oxunub. Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Avropada miqrasiya böhranının yenidən kəskinləşməsi fonunda radikal islamçı terror təhlükəsi ilə bağlı müzakirələr güclənib. Xüsusilə İspaniyanın Şimali Afrikadakı Seuta anklavında yaşanan son miqrant axını təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Primeinfo.az “Fox News”-a istinadən xəbər verir ki, Avropa ölkələrinin təhlükəsizlik qurumları son dövrdə radikallaşma və terror təşkilatları ilə əlaqəli şəxslərə qarşı əməliyyatları artırıb.

Türkiyədə İŞİD əməliyyatı: 125 nəfər saxlanılıb

Türkiyədə İŞİD əməliyyatı: 125 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərində İŞİD terror qruplaşmasına qarşı növbəti əməliyyat keçirilib. Primeinfo.az xəbər verrir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Nazirin sözlərinə görə, ümumilikdə 25 vilayətdə aparılan əməliyyat çərçivəsində 125 nəfər saxlanılıb.