Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğanın oğlu Ronaldo ilə görüşdü - FOTO

20.11.2026 10:58

Ərdoğanın oğlu Ronaldo ilə görüşdü - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunu ziyarət edib.

Primeinfo.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Bildirilib ki, Etnoidman Mədəniyyəti Festivalında iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda səfərdə olan Bilal Ərdoğan klubun bazasında olub.

O, “Əl-Nəsr”in ulduz futbolçuları Kriştiano Ronaldo və Sadio Mane ilə görüşüb, onlarla xatirə fotosu çəkdirib.

Paylaş: