Xəbər axtarın

Son axtarış nəticələri:

Putinlə Tramp görüşdü: Nələr müzakirə edilib? - FOTO - VİDEO

19.11.2026 10:12

Putinlə Tramp görüşdü: Nələr müzakirə edilib? - FOTO - VİDEO

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş keçirilib.

Primeinfo.az bu barədə TASS xəbər agentliyinə istinadən məlumat verir.

Bildirilib ki, liderlərin görüşü bir saatdan az davam edib.

Putinlə Tramp görüşdü: Nələr müzakirə edilib? - FOTO - VİDEO

Danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutub.

Qeyd edək ki, bu, 2025-ci ilin avqustunda Ankoricdə keçirilən sammitdən sonra Putin və Trampın ilk üzbəüz görüşüdür.

Putinlə Tramp görüşdü: Nələr müzakirə edilib? - FOTO - VİDEO

Məlumata görə, dünən Rusiya və ABŞ prezidentlərinin rəsmi qəbul zamanı qısa söhbət etmək imkanı olub. Onlar əl sıxaraq bir neçə kəlmə ilə fikir mübadiləsi aparıblar. Hazırda isə dövlət başçıları nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparırlar.

Paylaş: