Xəbər axtarın

Son axtarış nəticələri:

Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin SAYI VƏ ƏMƏKHAQLARI

18.11.2026 16:36

Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin SAYI VƏ ƏMƏKHAQLARI

Nazirlər Kabineti “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilməsi haqqında” qərar verib.

Primeinfo.az xəbər verir ki, qərara əsasən, İnstitutun strukturuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun aparatı (şöbələr və sektorlar), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun “Təlimlərin Təşkili və İnnovasiyalar Mərkəzi” və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun “Laboratoriya və Təcrübə Mərkəzi” daxildir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin say həddi 435 ştat vahidi olmaqla təsdiq edilib.

Eyni zamanda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) təsdiqlənib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər)

 

 

Sıra

№-si

 

 

Vəzifələrin adı

 

Aylıq vəzifə maaşı (manatla)

1. Direktor 6000
2. Direktor müavini, direktor müavini-baş mühəndis 5000
3. Mərkəz müdiri 4200
4. Şöbə müdiri 4000
5. Mərkəz müdirinin müavini 3400
6. Şöbə müdirinin müavini 3300
7. Sahə rəisi 2900
8. Sektor müdiri, sektor müdiri-baş mühasib 2700
9. Direktorun köməkçisi 2600
10. Elmi katib 2300
11. Baş məsləhətçi, baş elmi işçi 2100
12. Baş aqronom, baş mexanik 2000
13. Aparıcı məsləhətçi, aparici iqtisadçı, aparici elmi işçi 1800
14. Böyük mühəndis, böyük məsləhətçi, böyük elmi işçi 1600
15. Mühəndis, məsləhətçi, elmi işçi, texnoloq-analtik 1400
16. Kiçik elmi işçi, böyük laborant 1200
17. Anbar təsərrüfatının rəhbəri 910
18. Anbardar 890
19. Laborant, kompüter operatoru, dispetçer 700
20. Elektrik, sürücü 600
21. Texniki işçi (qazanxana operatoru, fəhlə, xadimə, bağban, gözətçi) 500

Qeyd. İnstitutun işçilərinin vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər göstərdiyi xidmətlərdən əldə edilən gəlir hesabına verilir.

Paylaş: