Xəbər axtarın

Son axtarış nəticələri:

Ramiz Mehdiyev barəsindəki hökmdən narazıdır: Apellyasiya şikayəti verib

18.11.2026 10:22

Ramiz Mehdiyev barəsindəki hökmdən narazıdır: Apellyasiya şikayəti verib

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirov barələrində olan hökmdən apellyasiya şikayəti verib.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin icraatına verilib.

Məhkəmənin ilk iclasının vaxtı məlum deyil.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib.

Hökmdə, həmçinin, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.

Ramiz Mehdiyev barəsindəki hökmdən narazıdır: Apellyasiya şikayəti verib

Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.

Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.

Paylaş: