
Görülən işlərin nəticəsində cari ilin gözlənilən göstəriciləri nəzərə alınmaqla 2022–2026-cı illərdə ÜDM-in orta illik artımı 2,7 faiz təşkil edəcək.
Primeinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, qeyri-neft-qaz sektorunun orta illik artımı isə 5,2 faiz olacaq: “Bu, Strategiyada müəyyən edilmiş hədəfdən yüksəkdir. Cari ilin yanvar-oktyabr aylarında isə ÜDM 1,7 faiz, qeyri-neft-qaz sektoru 2,9 faiz artıb. Bu ilin gözlənilən nəticələri nəzərə alınmaqla, 2022–2026-cı illərdə orta illik artım qeyri-neft-qaz sənayesində 6 faizə yaxın, nəqliyyatda 8 faiz ətrafında, informasiya və rabitədə 13 faizədək olacaq, turizmdə isə 18 faizi ötəcək. Cari ilin 10 ayında isə qeyri-neft-qaz sənayesində artım 5,9 faiz, nəqliyyatda 10,2 faiz, informasiya və rabitədə 9,9 faiz təşkil edib.
Aşağı artım templəri müşahidə olunan sahələrə gəldikdə isə kənd təsərrüfatı 2022-2026-cı illərdə təxminən 2 faiz, bu ilin 10 ayında 1,4 faiz artıb. Ticarət 2022–2026-cı illərdə 3,5 faiz, cari ilin 10 ayında 3,8 faiz artıb. Sosial və digər xidmətlər 2022–2026-cı illərdə 2,9 faiz, bu ilin 10 ayında 1,4 faiz artıb”.
2022-2026-cı illərdə ÜDM-in orta illik artımı 2,7 faiz olacaq VİDEO