Xəbər axtarın

Son axtarış nəticələri:

İşdən çıxarılan generala yeni VƏZİFƏ VERİLDİ

16.11.2026 15:10

İşdən çıxarılan generala yeni VƏZİFƏ VERİLDİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəis müavini general-mayor Zaur Abdullayevin yeni vəzifəsi məlum olub.

Primeinfo.az Milli.Az-a istinadən xəbər verir ki, general-mayor Zaur Abdullayev Dövlət Sərhəd Xidmətinə (DSX) keçib.

Belə ki, hazırda general DSX Xüsusi Məktəbinin rəisi vəzifəsini daşıyır. Z.Abdullayev yaxın zamanlarda bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, general-mayor Zaur Abdullayev uzun müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışıb. 2023-cü ildə xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-mayor Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb.

Paylaş: