
Ağstafada minaya düşərək həlak olan şəxs qohumlarının yanına qonaq gedibmiş.
Primeinfo.az xəbər verir ki,Ağstafa rayonunun Ceyrançöl ərazisində minaya düşərək həlak olan Rəsulul Şahin oğlu Məmmədov Qazax rayonunun Ürkməzli kəndindəndir. O, Ağstafaya əmisi oğlunun yanına qonaq gedibmiş.
Onların hansı şəraitdə minaya düşdükləri hələlik dəqiq məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
***
Azərbaycanda iki nəfər minaya düşüb. Onlardan biri həlak olub, digəri isə yaralanıb.
Primeinfo.az xəbər verir ki,hadisə Ceyrançöl adlanan ərazidə baş verib.
Hadisə nəticəsində Qazax rayon sakini Rəsul Məmmədov həyatını itirib. Digər şəxsin yaralandığı bildirilir. Onun kimliyi dəqiqləşdirilir.