İsveçin xüsusi təyinatlı qüvvələri Baltik dənizində Rusiya ilə əlaqəli gəmidə əməliyyat keçirib. Primeinfo.az xəbər verir ki,bu barədə İsveçin TV4 telekanalı məlumat yayıb. İsveç xüsusi təyinatlıları oktyabrın 31-nə keçən gecə Baltik dənizindəki Qotland adasının şimal-qərb sahilləri yaxınlığında Rusiya ilə əlaqəli quru yük gəmisinə daxil olublar.
Rusiya ilə Azərbaycan arasında Moskva–Bakı marşrutu üzrə lüks kruiz gəmisinin hərəkətə başlaması planlaşdırılır. Primeinfo.az xəbər verir ki,bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov “Zvezda” kanalının efirində deyib. Onun sözlərinə görə, Moskva ilə Bakı arasında gediş-gəliş təxminən 14 gün davam edəcək.
Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Kiyev və Xarkovdakı obyektlərə, həmçinin Odessa yaxınlığında quru yük gəmisinə pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyini bildirib.
Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub.
Rusiyanın Rostov şəhərində 12 ekipaj üzvünün (11 azərbaycanlı, 1 rus) olduğu “Consul” adlı gəmi 4 aydır çıxılmaz vəziyyətdə qalıb. Dənizçilər dron hücumları ucbatından gəmini tərk edə bilmirlər və təhlükə altındadırlar.
ABŞ Sahil mühafizəsi Karib dənizində Kubaya yanacaq daşıyan “Grace” yük gəmisini saxlayıb. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” ABŞ Sahil mühafizəsinin bəyanatına istinadən məlumat yayıb. Uzunluğu təxminən 91 metr olan gəmi sentyabrın 5-də Kuba və Meksika arasında saxlanılıb.
İstanbulun Silivri sahillərindən təxminən 18 mil aralıda iki ticarət gəmisi toqquşub.
Şimali Kipr Türk Respublikasında (ŞKTC) Girne şəhərinin sahillərində bərənin batması nəticəsində həlak olanlarla bağlı 3 günlük milli matəm elan edilib.
Qara dənizdə azərbaycanlıların olduğu yük gəmisi batıb.
Qara dənizdə göyərtəsində azərbaycanlı dənizçilərin olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib.