Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib.
Bakıda FIFA 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan tədbirdə öncə turnir ərzində 1000-ə yaxın oyunu idarə edən hakimlərə xatirə hədiyyələri təqdim olunub. Sonra F Divizionunun qalibi Yeni Zelandiya, E Divizionunun qalibi Mərkəzi Afrika Respublikası, D Divizionunun qalibi Tacikistan, C Divizionunun qalibi Belarus, B Divizionunun qalibi Zambiya mükafatlandırılıb.
Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi müəyyənləşib.
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib.
Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatına yekun vurulub. Boks Federasiyasından Primeinfo.az-a bildirilib ki, Azərbaycan millisi yarışı 10 medalla başa vurub. Komandamızın heyətində Teymur Tanrıverdiyev (90 kiloqram) Avropa çempionu tituluna yiyələnib.
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. Primeinfo.az xəbər verir ki, Sərəncama əsasən, U-15 dünya çempionatı və festivalının Azərbaycanda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq tədbirlərin əlaqələndirilməsi və zəruri məsələlərin həlli 20 yaşadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinə həvalə edilib. Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.