Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan Ceyhun Bayramovu qəbul etdi - FOTO - YENİLƏNİB

30.10.2026 18:06

Ərdoğan Ceyhun Bayramovu qəbul etdi - FOTO - YENİLƏNİB

“Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən Türk Dövlətləri Təşkilatının Ankara sammiti çərçivəsində qəbul olunmaqdan məmnunluq duydum”.

Primeinfo.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov “X” platformasında yazıb.

“Azərbaycan–Türkiyə arasında münasibətlər, TDT çərçivəsində əməkdaşlığın gücləndirilməsi, türk dünyasının birliyinin və həmrəyliyinin daha da möhkəmləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük.

Cənab Prezident Rəcəb Tayyib Ərdoğana səmimi qəbula görə təşəkkürümü bildirirəm”, – deyə nazir əlavə edib.

***

17:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu Prezident Sarayında qəbul edib.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

 

 

Paylaş: